Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Qərbi Azərbaycan irsinin gənclər arasında təbliği məqsədilə könüllülər arasında “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib.
Naxçıvan şəhərindəki “Üstəgəl” kafedə təşkil olunan yarışda 8 komanda iştirak edib. Nəticələrə əsasən “Paradoksvari” komandası oyunun qalibi olub. “Eternal” ikinci, “Gömrükçülər” isə üçüncü yerə layiq görülüb. Qalib və mükafatçı komandalara diplom və hədiyyələr təqdim olunub.
Yarışma Qərbi Azərbaycan irsinin gənclər arasında təbliği, könüllülərin bilik və dünyagörüşünün artırılması, eləcə də onların zehni inkişafının gücləndirilməsi məqsədilə təşkil olunub.